Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
Hadisə
29.10.2025 16:27
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb.
Məlumata görə, E.Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.
Prokurorluq bildirir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.
İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib.
tag: Baş Prokurorluq,Elton Məmmədov,Rəsmi xəbərdarlıq,Mənimsəmə,Todaypress.tv,
 
        
 
                                ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/6870b865736b2.webp) 
                                            ![DİN qanunsuz saxlanılan [[odlu silahlarla bağlı]] əhaliyə çağırış etdi](/uploads/news/68f5e70b628aa.webp) 
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/685b94e98927a.webp) 
                                            ![Ermənistanın [[işğal olunmuş ərazidəki məktəbdə]] hərbi müşavirə keçirməsi barədə sübutlar tədqiq olundu](/uploads/news/684bfefac1fa4.webp) 
                                            ![[[Gəncəyə raket atılması əmrinin]] Ermənistan rəhbərliyi tərəfindən verildiyi təsdiqləndi](/uploads/news/68e3f030da762.webp) 
                                            ![Kürdə batan şəxsin [[meyiti tapıldı]]](/uploads/news/688e359be35cc.webp) 
                                            ![Ruben Vardanyanın [[cinayət işi üzrə]] məhkəmə keçirilir](/uploads/news/687f464843700.webp) 
                                            ![[[Gəncədə]] 15 yaşlı oğlan bıçaqlandı](/uploads/news/6841be5608c4c.webp) 
                                            ![[[DYP:]] Bu il qadın sürücülərin iştirakı ilə 107 qəza olub, 16 nəfər ölüb](/uploads/news/68d2869ac094f.webp) 
                                            ![Cəbrayılda [[yanğına səbəb olan]] şəxslər saxlanıldı](/uploads/news/6891e4c489f51.webp) 
                                            