Azərbaycanda zəlzələ oldu - YENİLƏNDİ

Hadisə

05.06.2025 17:12

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

16:18

Şamaxıda zəlzələ qeydə alınıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtda 16:04 -də qeydə alınan zəlzələnin maqnitudası 3,1, dərinliyi 4 km olub.

tag: Lerik,Zəlzələ,Hadisə,Maqnituda,Todaypress.tv,