Azər Qasımlının cinayət işi üzrə məhkəmə keçirildi

Hadisə

25.06.2025 20:30

Bakı Ağır Cinayətlər Məhkəməsində politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

TodayPress TV xəbər verir ki, proses hakim Telman Hüseynovun sədrliyi keçirilib.

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc hakimə etiraz edib. Vəkil daha sonra müvəkkili ilə məsləhətləşdikdən sonra etirazı geri götürüb.

Vəkil Rövşənə Rəhimli müvəkkilinin şüşə qəfəsdən çıxarılması və yanlarında əyləşdirilməsi ilə bağlı qaldırdığı vəsatət təmin olunmadı,

Azər Qasımlı bildirib ki, özünü iş üzrə təqsirli bilmir, əksinə, zərərçəkmiş şəxsdir. O, vəsatətlərin təmin edilməsini istəyib.

Məhkəmə həbs qətimkan tədbiriin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Digər vəsatətlərə isə növbəti prosesdə baxılacaq.

Aynur TAC

Proses iyulun 2-də davam etdiriləcək.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

tag: Məhkəmə, Hakim, Azər Qasımlı,Aqil Layıc, todaypress.tv,