Azad edilmiş ərazilərdə daha 183 mina, 673 PHS aşkarlanıb
Hadisə
18.08.2025 14:31
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (11.08.2025 – 17.08.2025) məlumat açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) TodayPress TV-yə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində153 piyada əleyhinə mina, 30 tank əleyhinə mina, 673 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1.362,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
tag: ANAMA, Mina, PHS, Xankəndi, Xocalı, Xocavənd, todaypress.tv,
