Ağstafada tullantı sularını qanunsuz axıdan şəxslər cərimələndi

Hadisə

20.06.2025 13:36

Ağstafa rayonunda iki nəfər tullantı sularının qanunsuz axıdılmasına qarşı tədbirlər çərçivəsində cəzalandırılıb.

TodayPress TV xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qıraq Kəsəmən kəndində aparılan tədbirlərlə iki şəxsin tullantı sularını təyinatdan kənar axıtdığı müəyyən edilib.

Həmin şəxlsərlə profilaktiki söhbət aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

tag: Ağstafa,Tullantı,Cərimə,Şəxs,Todaypress.tv,

photo
photo
photo