Ağdamda qəbiristanlıq ərazisində mina partlayıb, keçmiş döyüşçü "Gizir Xanı" həlak olub - YENİLƏNİB
Hadisə
23.09.2025 19:56
Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.
TodayPress TVxəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır: "ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır".
***
18.51
Ağdamda mina hadisəsi baş verib.
TodayPress TV-nin yerli bürosu xəbər verir ki, hadisə nəticəsində ehtiyatda olan gizir Səyyaf Əhmədov həyatın itirib.
Mina hadisəsinin rayonunun Şıxlar kəndi ərazisində baş verdiyi bildirilir.
Qeyd edək ki, kəşfiyyatçı olmuş Səyyaf Əhmədov "Gizir Xanı" ləqəbi ilə tanınıb.
tag: Ağdam,Mina,Ölüm,Gizir Xanı,Todaypress.tv,
