8-ci mərtəbədən yıxılaraq ölən qadın ilə bağlı cinayət işi başlanıldı
Hadisə
11.07.2025 17:48
Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, Könül İbrahimli bir neçə ay əvvəl İkinci Qarabağ Müharibəsinin qazisi ilə ailə həyata qurub. Qızın valideynləri iddia edib ki, qızları yıxılmayıb, həyat yoldaşı onu itələyərək ölümünə səbəb olub.
tag: Baş Prokurorluq,Cinayət,Araşdırma,Fakt,Todaypress.tv,