"ZəfərFest-5" yaradıcılıq festivalı keçiriləcək
Elm və Təhsil
29.10.2025 11:26
Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş "ZəfərFest-5" yaradıcılıq festivalı keçiriləcək.
Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan festival artıq beşinci ildir ki, təşkil olunur. "ZəfərFest" hər il məktəblilərin və gənclərin vətənpərvərlik ruhunun və yaradıcılıq potensialının nümayişi üçün mühüm platforma rolunu oynayır.
Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır.
Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.
tag: ZəfərFest-5,Yaradıcılıq,Festival,Tədbir,Todaypress.tv,
 
        
 
                                ![“Abituriyentlərin narazılıqları diqqətə alınmalı” [[– Ekspert]]](/uploads/news/6835c3a18df0a.webp) 
                                            ![11 200 nəfər [[diaqnostik qiymətləndirmədə]] iştirak edib](/uploads/news/688a02de7ec4c.webp) 
                                            ![Bakı dünyanın [[ən yaxşı tələbə şəhərlərindən]] biridir](/uploads/news/687652ab1b090.webp) 
                                            ![[[34 mindən çox]] abituriyent imtahan verdi](/uploads/news/68737e5b1f2cb.webp) 
                                            ![[[Elm və təhsil naziri]] Oğuzda vətəndaşları qəbul etdi](/uploads/news/6888d22767048.webp) 
                                            ![Ötən ay xaricdə təhsil alan [[107 nəfərin diplomu]] tanınmayıb](/uploads/news/6893522abbfb3.webp) 
                                            ![[[Agentlik:]] Sertifikasiyadan keçən 6628 müəllimin maaşlarına 35 faiz artım əlavə olunacaq](/uploads/news/68fa344a78ed8.webp) 
                                            ![[[Məktəbəhazırlıq]] qruplarına qəbul başlayır](/uploads/news/685193515f2ef.webp) 
                                            ![Azərbaycan dili [[fənni üzrə keçirilən test imtahanının nəticələri]] elan olundu](/uploads/news/682732a2f0981.webp) 
                                            ![[[DİM]]: 15:00-da imtahanın düzgün cavabları təqdim olunacaq](/uploads/news/68737f71beaee.webp) 
                                            