Nurlan İsmayılbəyli: "Müəllimlərin işə qəbulu üzrə bir sıra qaydalar dəyişdi"

Elm və Təhsil

12.08.2025 17:00

“Müəllimlərin işə qəbulu yalnız tədris ili başlanana qədər deyil, tədris prosesi ərzində də davam edir”.

TodayPress TV xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bunu MİQ imtahanının vakansiya seçimi mərhələsinin nəticələrinin elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Azərbaycanda 4 mindən çox ümumi təhsil müəssisəsi və 120 mindən artıq müəllim fəaliyyət göstərir. 

“Müxtəlif səbəblərdən müəllimlər işdən ayrıla və ya yaşayış yerlərini dəyişə bilirlər. Bu səbəbdən Dövlət Agentliyinin əsas vəzifələrindən biri kadr təminatını fasiləsiz həyata keçirməkdir. Hazırda keçid balını toplamış müəllimlərin faktiki yaşayış yerlərinə uyğun olaraq tədris ili ərzində də müraciətləri qəbul edilir və ehtiyac nəzərə alınmaqla onların işlə təminatı təmin olunur”. 

Müdir müavini vurğulayıb ki, növbəti seçim turundan başlayaraq faktiki yaşayış yerindən asılı olmayaraq müəllimlər ölkə üzrə istənilən vakant yeri seçmək hüququna malik olacaqlar. Bundan əlavə, az saatlı və ya bu mərhələdə tutulmayan vakant yerlər, həmçinin sosial məzuniyyət yerləri barədə məlumatlar müəllimlərin şəxsi səhifələrində elan ediləcək.

Qiymət Mahir

tag: MÜTDA,Tədbir,Mətbuat,Konfrans,Todaypress.tv,