İlahiyyat İnstitutunda məzun günü keçirildi

Elm və Təhsil

21.06.2025 12:47

İyunun 21-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” tədbiri keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə dövlət rəsmiləri və dini konfessiya nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər şəxslər çıxış edərək məzunları təbrik ediblər.

Tədbirin sonunda institutu yüksək nəticələrlə bitirən məzunlar və fəaliyyətlərinə görə fərqlənən müəllimlər təltif olunub.  

Qeyd edək ki, bu il institutdan 56 tələbə məzun olub. Onlardan 48-i bakalavr, 8-i magistr pilləsi üzrə təhsil alıb. 

Qiymət Mahir

tag: İlahiyyat,İnstitut,Tədbir,Məzun,Todaypress.tv,