Dörd günlük dərs sistemi tələbələrə nə vəd edir?
Elm və Təhsil
17.09.2025 16:35
"Dörd günlük dərs rejiminə keçid tələbələrin işini asanlaşdıra bilər".
Bunu təhsil eksperti Qoşqar Məhərrəm TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə halda tələbələr dörd gün Bakıda qalaraq dərslərdə iştirak edə, qalan üç günü isə ya ailələrinin yanında, ya da işləyərək keçirə bilərlər:
"Bu, tələbələrin həm yaşayış xərclərini azaltmağa, həm də işləyib təhsil haqlarını və gündəlik ehtiyaclarını qarşılamağa imkan verə bilər. Dünya universitetlərində də bu təcrübəyə tez-tez rast gəlinir. Hətta magistratura pilləsində 2-3 günlük proqramlar da mövcuddur".
Ekspert vurğulayıb ki, əsas məsələ təhsilin keyfiyyətinin qorunmasıdır:
"Əgər bu dəyişiklik tədrisin səviyyəsinə mənfi təsir göstərməzsə, faydalı model sayıla bilər. Amma orta məktəblərdə hazırkı beş günlük dərs rejiminin saxlanması məqsədəuyğundur”, - deyə Qoşqar Məhərrəm fikrini tamamlayıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq, 4 günə endirilib.
Türkan İsgəndərli
tag: Qoşqar Məhərrəm,Ekspert,4 günlük,Təhsil,Todaypress.tv,
