Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq

Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq
15.08.2026 17:44 Elm və Təhsil

Bu il Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.

Onların arasında 7 nəfər ABŞ-nin məşhur Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunub.

TodayPress TV  "Modern.az"a istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutuna (MİT) qəbul olunan gənclərdən biri Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Heydər Kərimlidir.

Belə ki, Heydər Kərimli dünya şöhrətli universitetdə maliyyə ixtisası üzrə magistratura təhsili alacaq.

Qeyd edək ki, Massaçusets Texnologiya İnstitutu ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində yerləşən, dünyanın ən nüfuzlu və aparıcı özəl tədqiqat universitetidir. 1861-ci ildə yaradılan bu ali təhsil ocağı, xüsusilə mühəndislik, kompüter elmləri, süni intellekt və təbiət elmləri sahəsində qlobal lider sayılır. Dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən olan QS World University Rankings 2027 hesabatına əsasən, MİT ardıcıl olaraq dünyanın 1 nömrəli universiteti seçilib.

Əlavə edək ki, Azər Kərimlinin böyük oğlu Fəxri Kərimli ali təhsili Böyük Britaniyada bitirib, o, Oksford Universitetinin məzunudur.


XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər