Zelenski Trampla görüşdən əvvəl Vaşinqtona gedəcək
Dünya
16.10.2025 13:51
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşdən bir gün əvvəl – oktyabrın 16-da Vaşinqtona gedəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Mənbənin sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu “Tomaqavk” raketlərinin mümkün tədarükü olacaq. Danışıqlar həmçinin “Patriot” zenit-raket komplekslərinin göndərilməsini də əhatə edir.
Zelenskinin səfəri çərçivəsində ABŞ-nin müdafiə sənayesi şirkətləri ilə görüşlər keçirəcəyi və mümkün silah tədarüklərini müzakirə edəcəyi bildirilir.
"Bloomberg"in məlumatına görə, Zelenski və Tramp oktyabrın 17-də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və digər təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Ukrayna liderinin səfər proqramına həmçinin ABŞ Konqresində çıxış və enerji şirkətləri ilə qapalı görüşlər daxildir.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Zelenski,Tramp,Todaypress.tv,
