Zelenski Çinin beş şirkətinə qarşı sanksiya tətbiq etdi

Dünya

08.07.2025 17:48

Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasına məxsus beş şirkətə qarşı Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə minmiş hesab edən fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Sanksiya tətbiq edilən şirkətlər bunlardır:

– China Asia Silk Road International Trade (Tianjin) Co.

– Suzhou Ekod Precision Manufacturing Co.

– Shenzhen Royole Technology Co.

– Shenzhen Jinduoban Technology Co.

– Ningbo BLIN Machinery Co.

Qeyd edək ki, iyunun 20-də Zelenski 56 rusiyalı fiziki şəxsə və Rusiya, Çin və Belarus mənşəli 55 hüquqi şəxsə də sanksiya tətbiq etmişdi. O vaxt sanksiya siyahısına altı Çin şirkəti və bir Belarus hüquqi şəxsi daxil edilmişdi.

Qiymət Mahir

tag: Zelenski, Çin,Ukrayna ,Müdafiə Şurası,Todaypress.tvTodaypress.tv,