Yermak: "Tramp Ukraynadakı müharibəni tezliklə bitirə bilər"
Dünya
17.07.2025 11:24
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak hesab edir ki, ABŞ-nin prezidenti Donald Trampın planı reallaşarsa, Ukraynada müharibə 2025-ci ilin sonuna qədər başa çata bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Yermakın fikrincə, Rusiya prezidenti Vladimir Putinə real iqtisadi təzyiqlər göstərilməyincə, Kreml müharibəni dayandırmayacaq.
O qeyd edib ki, Tramp Rusiyadan neft və qaz alan ölkələrə qarşı sərt sanksiyalar tətbiq edəcəyi vədini yerinə yetirsə, müharibə bu ilin sonuna qədər belə başa çata bilər.
Ukrayna rəsmisi hesab edir ki, ikinci dərəcəli sanksiyaların tətbiqi Rusiyanın əsas enerji idxalçıları olan Çin və Hindistanı da Vaşinqtonla ticarət qarşıdurmasından yayınmaq üçün mövqelərini dəyişməyə məcbur edə bilər.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,ABŞ,Tramp,Todaypress.tv,