Yaponiya və Koreya Trampa görə tənəzzülə edəcək

Dünya

09.07.2025 11:26

ABŞ prezidenti Donald Trampın təhdid etdiyi yeni tariflər Yaponiya və Cənubi Koreya iqtisadiyyatları üçün ciddi risk yaradır. İxracatdan asılı olan bu iki ölkə ABŞ-nin əlavə rüsumları səbəbindən iqtisadi tənəzzülə düşə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

Məlumata görə, Yaponiyanın texniki tənəzzülə, yəni ardıcıl iki rüb iqtisadi daralmaya düşmək ehtimalı yüksəkdir. Həm Yaponiya, həm də Cənubi Koreya artıq 2025-ci ilin birinci rübündə ÜDM-də azalma qeydə alıblar.

Qeyd edilir ki, Trampın yüksək tariflər tətbiq etməyə hazırlaşdığı avtomobil sektoru Yaponiyanın ABŞ-yə ən böyük ixrac sahəsidir. Eyni zamanda, bu məhsullar Cənubi Koreyanın əsas ixracat kateqoriyalarındandır. 2024-cü ildə Cənubi Koreya ABŞ-yə polad ixracında dördüncü yeri tutub və bu sahə də tariflərdən zərər görə bilər.

Yaponiya Baş naziri Şiqeru İşiba isə bildirib ki, Tokio ABŞ ilə avtomobil tariflərinin ləğvini nəzərdə tutmayan heç bir razılaşmanı qəbul etməyəcək.

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Yaponiya,Koreya,Todaypress.tv,