WP: Tramp seçim qarşısındadır

Dünya

28.05.2025 13:40

3

ABŞ prezidenti Donald Tramp qarşıdakı aylarda Ukraynaya təhlükəsizlik sahəsində yardımın davam etdirilməsi və ya ondan imtina edilməsinə dair qərar verməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. 

Nəşrdə vurğulanıb ki, Cozef Bayden dövründə təsdiqlənmiş hərbi yardım tranşları yaxın zamanda başa çatacaq. Tramp isə bu dəstəyin uzadılması ilə bağlı hələlik heç bir öhdəlik götürməyib.

“Hazırkı administrasiya qarşısında iki yol var: ya Ukraynaya əlavə təhlükəsizlik yardımı ayırmaq, ya da bu prosesdən geri çəkilmək. İkinci variant Rusiya üçün əhəmiyyətli üstünlük yaradacaq və Kiyevi zəiflədəcək”, - deyə qəzetə danışan Bayden administrasiyasının keçmiş Ukrayna üzrə milli təhlükəsizlik müşaviri bildirib. 

Məqalədə qeyd olunub ki, ABŞ-nin mövqeyi Ukraynanın gələcək hərbi və siyasi durumuna birbaşa təsir edəcək.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Cozef Bayden,Ukrayna,todaypress.tv,