Ukraynanın Aİ-yə üzvlük prosesi ilə bağlı yeni açıqlama verildi
Dünya
02.10.2025 09:24
Ukrayna inteqrasiya üçün lazım olan bir sıra islahatları həyata keçirib və indi növbəti addım Aİ-dən gözlənilir.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta oktyabrın 1-də Kopenhagendə keçirilən qeyri-rəsmi sammitdən sonra bildirib ki,
Kosta vurğulayıb ki, genişlənmə Avropanı daha güclü edəcək və bu proses ləyaqət prinsiplərinə əsaslanır.
Sammitdə həmçinin Rusiyaya qarşı yeni, 19-cu sanksiya paketi müzakirə olunub. Bu paket Rusiya banklarını, kölgə donanmasını, kriptovalyutanı və neft gəlirlərini hədəf alır. Digər mühüm məsələ isə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya maliyyə dəstəyi göstərilməsi olub.
Kosta əlavə edib ki, tərəfdaş ölkələr Ukraynanı ədalətli və davamlı sülh əldə olunana qədər dəstəkləmək niyyətindədir.
Jalə Rövşən
tag: Antonio Kosta,Ukrayna,Avropa İttifaqı,TodayPressTV,
