Ukrayna KXDR-ni təcavüzkar kimi tanımağa çağırır

Dünya

20.05.2025 16:47

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun rəhbərlik etdiyi “Avropa Həmrəyliyi” partiyası Şimali Koreyanın (KXDR) “aqressor dövlət” kimi tanınması təşəbbüsü ilə çıxış edib.


TodayPress TV xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Məlumata görə, partiya bu məqsədlə Ukrayna parlamentinə müvafiq qanun layihəsi təqdim edib. Layihədə Şimali Koreya hərbçilərinin Rusiya tərəfində döyüşməsinə istinad edilib.

Sənəddə həmçinin BMT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, NATO PA və digər beynəlxalq qurumlara müraciət edilməsi və onlardan da KXDR-ni “aqressor dövlət” kimi tanımaları, eləcə də bu ölkəyə qarşı sanksiyaların gücləndirilməsi tələb olunur.

Qiymət Mahir 

tag: Ukrayna ,KXDR,Pyotr Poroşenko,Şimali Koreya,todaypress.tv,