Ukrayna ICAO-da Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsini tələb etdi
Dünya
24.09.2025 16:20
Ukrayna nümayəndə heyəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 42-ci Assambleyasında iştirak edərək üzv dövlətləri Rusiyaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Ukraynanın icmalar və ərazilərin inkişafı üzrə nazir müavini Sergey Derkaç bildirib ki, Rusiyanın qanunsuz hərbi əməliyyatları nəticəsində Ukrayna hava məkanı bağlıdır, çünki gündəlik raket və dron hücumları beynəlxalq uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradır. O qeyd edib ki, Rusiya aviasiya infrastrukturunu məhv etməklə qlobal mülki aviasiyanı təhlükə altına alır.
Assambleya çərçivəsində həmçinin Rusiyanın beynəlxalq şirkətlərdən icarəyə götürülmüş təyyarələrin qeyri-qanuni qeydiyyatı, sertifikatsız hava gəmilərinin istismarı və icazəsiz sənədlərin verilməsi kimi pozuntuları müzakirə olunur.
Qeyd edək ki, ICAO Rusiya üzərində “Əhəmiyyətli Təhlükəsizlik Narahatlığı” statusunu saxlayır və qurumun Şurası Moskvanın bu problemləri aradan qaldırmaq üçün heç bir addım atmadığını bildirib.
Jalə Rövşən
tag: Ukrayna ,ICAO,Rusiya,Volodimir Zelenski,TodayPressTV,
