Türkiyədə meşəlik ərazidə yanğın başladı

Dünya

04.08.2025 22:45

Türkiyənin Balıkesir vilayətində meşə massivində yanğın başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, yanğın Biqadiç rayonunda meşəlik ərazidə baş verib.

Hadisə yerinə 8 təyyarə, 5 helikopter, 5 yanğınsöndürən maşın və 171 nəfərlik şəxsi heyət cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

tag: Türkiyə, Meşə, Yanğın, Hadisə, Həbs, todaypress.tv,