Tramp Putin və Zelenski ilə danışıqlardan sonra açıqlama verəcək - YENİLƏNDİ
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından və Ukrayna lideri Volodimir Zelenski ilə sonrakı söhbətindən sonra açıqlama verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib.
"Prezident Putinlə danışacaq. O, bu zəng bitəndə prezident Zelenskiyə zəng etməyi planlaşdırır. Bu zənglər bitdikdən sonra prezidentdən və ya şəxsən məndən xəbər alacaqsınız" o deyib.
Qeyd edək ki, mayın 17-də Tramp Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.
ABŞ prezidenti rusiyalı həmkarı ilə Ukrayna münaqişəsinə son qoymaq və ticarəti müzakirə etmək istədiyini qeyd edib.
***
17:48
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığından sonra ictimaiyyətə açıqlamalar verəcək.
TodayPress TV “RİA”ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qiymət Mahir
tag: Tramp,Zelenski,Putin,Açıqlama,Todaypress.tv,