Tramp Afrika ölkələrinə təklif etdi
Dünya
10.07.2025 10:10
ABŞ prezidenti Donald Tramp beş Afrika ölkəsinin rəhbərlərinə ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyi təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Trampın Liberiya, Seneqal, Mavritaniya, Qabon və Qvineya-Bisau liderləri ilə görüşü zamanı ABŞ rəsmiləri həmin ölkələri vətəndaşlarını geri qəbul etməyə razı salmağa çalışıblar. Bu şəxslər ABŞ-də deportasiya olunublar, lakin doğma ölkələri onları geri almaqda çətinlik yaradır.
Sammitdən əvvəl ABŞ Dövlət Departamenti bu ölkələrə miqrantların geri qəbulu ilə bağlı rəsmi müraciət göndərib. Təklifdə deportasiya olunan şəxslərin təhlükəsiz və vaxtında geri qaytarılması istənilir.
Həmçinin sənəddə ölkələrin, sığınacaq üçün müraciət etmiş şəxslərin işlərinə yekun qərar verilməyənə qədər onların geri qaytarılmamasına razılıq verməsi də nəzərdə tutulub.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Afrika,Miqrant,Todaypress.tv,