Texasda yüzlərlə insan hələ də itkindir

Dünya

19.07.2025 10:10

ABŞ-nin Texas ştatında iyulun əvvəlində baş vermiş qəfil və dağıdıcı daşqınlardan sonra təxminən 100 nəfər hələ də itkin düşmüş hesab olunur.

TodayPress TV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Artıq üçüncü həftədir ki, daşqın qurbanlarının axtarış-xilasetmə işləri davam edir. İtkinlərin dəqiq sayı hələ də müəyyənləşdirilməkdədir.

İlkin məlumata görə, daşqınlar nəticəsində azı 135 nəfər həyatını itirib. Faciəvi hadisələrdən biri də gənclərin yay düşərgəsində qeydə alınıb – orada azı 27 iştirakçı və təlimçi həlak olub.

Hazırda Texas qanunverici orqanında daşqınlarla bağlı bir sıra məsələlər müzakirə olunur. Bunlara fövqəladə hallarda dövlət qurumlarının fəaliyyəti və xəbərdarlıq sisteminin təkmilləşdirilməsi kimi mövzular daxildir.

Töhfə Səməd

tag: ABŞ,Texas,Daşqın,İtkin,Todaypress.tv,