Rusiya Xarici İşlər Nazirliyi ABŞ ilə təmaslarının təfərrüatlarını açıqladı

Dünya

30.09.2025 22:41

Rusiya Xarici İşlər Nazirliyi ABŞ ilə keçirdiyi son görüşlər barədə məlumat verib.

TodayPress TV "Lenta.ru" ya istinadən xəbər verir ki, görüşlərdə Rusiya və ABŞ nümayəndələri Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin vacibliyini və münaqişənin səbəblərini anlamağın əhəmiyyətini bir daha təsdiqləyiblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti, BMT Baş Assambleyasının sessiyasından sonra ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb. Hər iki tərəf münaqişənin sülh yolu ilə həllinin zəruriliyini vurğulayıb.

Zaxarova ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələr endirməsinə qarşı çıxmaması barədə dediklərinə də münasibət bildirib. O, Kelloqun ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi kursa uyğun olduğunu qeyd edib.

Həmçinin Sergey Lavrov da Kelloqun bəyanatlarının ABŞ-nin rəsmi mövqeyindən fərqli olduğunu vurğulayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Rusiya Xarici İşlər Nazirliyi,ABŞ,Zaxarova,Lavrov,Todaypress.tv,