Rusiya Pravoslav Kilsəsi Vatikanda danışıqların keçirilməsinə qarşıdır
Dünya
23.05.2025 13:15
Rusiya Pravoslav Kilsəsi (RPK) Rusiya və Ukrayna arasında sülh danışıqlarının Vatikanın vasitəçiliyi ilə keçirilməsinə qarşı çıxır.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.
Məqalədə qeyd olunub ki, RPK Roma Katolik Kilsəsi ilə olan tarixi və dini gərginliyi, xüsusilə də Ukraynadakı mövcud vəziyyətdə Vatikana sadiq strukturların Moskva yönümlü kilsələrə qarşı fəaliyyətlərini tənqid etməməsini əsas gətirərək, Vatikanda keçiriləcək danışıqlara etiraz edir.
“Rusiya kilsəsi Vatikana Ukraynada tarixi rəqib kimi yanaşır və onu Moskvanın tərəfdarlarına sadiq kilsələrin bağlanmasını pisləmədiyinə görə ittiham edir” deyə nəşr yazıb.
Qiymət Mahir
tag: Rusiya , Pravoslav Kilsəsi,Vatikan,Ukrayna,todaypress.tv,