NYP: Tramp danışıqlarda razılığa üstünlük verir
Dünya
06.08.2025 10:30
ABŞ administrasiyasının Rusiya və onun tərəfdaşlarına qarşı sanksiyalar tətbiq etməsi hələlik qaçılmaz deyil. Rəsmi Vaşinqton Ukrayna ilə bağlı razılaşmanın əldə olunmasına üstünlük verir.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Post” qəzeti danışıqların gedişi ilə tanış olan mənbəyə istinadla yazıb.
Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sanksiyalar əvəzinə diplomatik həll yolunu dəstəkləyir və administrasiya sövdələşmə uğrunda israrlıdır.
Xatırladaq ki, Tramp əvvəlcə Rusiya və Ukrayna arasında sülh sazişi üçün 50 günlük vaxt təyin etmişdi. Lakin 29 iyulda o, Moskvanın danışıqlarda irəliləyiş əldə etməməsi səbəbindən bu müddəti 10 günə endirdiyini elan etdi. ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkilinin müavini Con Kelli isə 31 iyulda bildirmişdi ki, Tramp danışıqların avqustun 8-dək nəticə verməsini gözləyir.
Qiymət Mahir
tag: Rusiya ,Vaşinqton ,Ukrayna,BMT,Todaypress.tv,