NATO sammitində “ciddi parçalanma” proqnozlaşdırılır

Dünya

05.06.2025 18:20

"İyun ayında keçiriləcək NATO sammitində Rusiyanın “təhdid” kimi tanınması ABŞ və Avropa İttifaqı arasında ciddi fikir ayrılığına səbəb ola bilər".

TodayPress TV xəbər verir ki, bu barədə "News.ru" portalına açıqlamasında amerikalı politoloq Malek Dudakov danışıb.

Dudakov Vaşinqtonun sammitdə Rusiyanı birbaşa “təhdid” yox, “rəqib” kimi təqdim etməyə çalışacağını istisna etməyib. Onun fikrincə, belə yanaşma Moskvanı “birbaşa hərbi qarşıdurma tələb edən əsas düşmən” statusundan kənarda saxlayacaq.

“Əlbəttə, Avropanın sərt mövqe tərəfdarları bu cür ifadəyə qarşı çıxacaq. Lakin onlar amerikalılarla üz-üzə qalmalı olacaqlar. Bu sammitdə NATO daxilində kifayət qədər ciddi parçalanma özünü göstərəcək. Üstəlik, bu, tərəflər arasında fikir ayrılığı yaranacaq yeganə məsələ deyil”, - deyə Dudakov vurğulayıb.

Ekspert hesab edir ki, iyun sammitinin yekun bəyannaməsi əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək.

Qiymət Mahir

tag: NATO,Rusiya,ABŞ,Vaşinqton,todaypress.tv,