Londonda İran Neft Şirkətinə məxsus bina ələ keçirildi

Dünya

07.10.2025 16:45

İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi İran Milli Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Crescent Petroleum” şirkəti arasındakı iş üzrə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

TodayPress TV Britaniya KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, İran Milli Neft Şirkətinin Londonda yerləşən və dəyəri 100 milyon funt-sterlinq olan binası müsadirə edilib.

Mülk “Crescent” şirkətinə beynəlxalq arbitraj məhkəməsinin müəyyən etdiyi 2,4 milyard dollarlıq zərərin bir hissəsini kompensasiya etmək üçün istifadə olunacaq.

Xatırladaq ki, “Crescent müqaviləsi” 2002-ci ildə İran Milli Neft Şirkəti ilə BƏƏ-nin “Crescent Group”u arasında imzalanmış qaz tədarükü sazişidir.

Mübahisə İran tərəfinin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən yaranıb.

Jalə Rövşən

TodayPress TV

tag: İran,London, “Crescent Petroleum”, Neft Şirkəti,Todaypress.tv,