Lavrov: “Avropa Ukraynanı silahlandırmaq istəyir”
“Avropa İttifaqı Ukraynada atəşkəsə çağırış edərkən əsas məqsədi Ukrayna ordusunu yenidən silahlandırmaq və mövqelərini gücləndirməkdir”.
TodayPress TV xəbər verir kİ, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
“Onlar “nizamlanma” deyəndə, şərtsiz olaraq ən azı bir ay, bəlkə də daha uzun müddətə atəşkəsin əldə olunmasını nəzərdə tuturlar. Bu dövrdə isə sakit şəraitdə Ukraynanı yenidən silahlandırmaq istəyirlər” deyə Lavrov bildirib.
Rusiyalı nazirin sözlərinə görə, bu yanaşma Avropanın münaqişənin həlli ilə deyil, Ukraynanın döyüş meydanında mövqelərini bərpa etməsi ilə maraqlandığını göstərir.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Ukrayna,Rusiya,Sergey Lavrov ,todaypress.tv,