KXDR ABŞ-ni nüvə müharibəsi təhlükəsində ittiham edir

Dünya

27.05.2025 10:46

Şimali Koreya (KXDR) ABŞ prezidenti Donald Trampın “Qızıl qübbə” adlı yeni raketdən müdafiə sisteminin yaradılması planını kəskin tənqid edib.

TodayPress TV "Bloomberg"ə istinadən xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyi Şimali Koreya Xarici İşlər Nazirliyi yanında institutun memorandumuna istinadla bu təşəbbüsün “kosmosda nüvə müharibəsi ssenarisi” olduğunu və Vaşinqtonun qlobal hegemonluq strategiyasına xidmət etdiyini bəyan edib.

Xatırladaq ki, yanvar ayında ABŞ prezidenti Tramp “Qızıl qübbə” proqramının başlandığını açıqlamışdı.

Bu sistemin çoxmilyardlıq layihə olduğu və minlərlə peyk və kosmik müdaxilə aparatından ibarət olacağı, hətta orbitdə lazer silahlarının yerləşdirilməsini də əhatə edə biləcəyi bildirilmişdi.

Qiymət Mahir

tag: ABŞ ,Tramp,Qızıl qübbə,Şimali Koreya ,todaypress.tv,