KİV: Pekin Tramp–Si Cinpin görüşünə ehtiyatla yanaşır

Dünya

04.06.2025 14:47

Çin rəhbərliyi ABŞ prezidenti Donald Trampla mümkün görüşə ehtiyatla yanaşır. Buna səbəb kimi Ağ Evdə keçirilən son görüşlərin – xüsusilə Vladimir Zelenski və Cənubi Afrika prezidenti Siril Ramafosa ilə bağlı yaşanan qeyri-müəyyən situasiyalar göstərilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. 

Nəşr Çin məsələləri üzrə ABŞ-nin sabiq Milli Təhlükəsizlik Şurası direktor müavini Raş Doşiyə istinadla bildirib ki, Pekin Trampı qeyri-sabit və proqnozlaşdırılması çətin fiqur hesab edir. Bu isə Si Cinpin üçün reputasiya riski daşıya bilər

Bununla belə, “Politico” qeyd edib ki, Donald Tramp özü Çin lideri ilə görüşü səbirsizliklə gözləyir, iki ölkə arasındakı gərgin münasibətləri müzakirə etmək niyyətindədir.

Lakin nəşr hesab edir ki, belə bir görüş baş versə belə, konkret nəticə və ya diplomatik irəliləyiş gözlənilmir. Çünki Si Cinpin ABŞ-Çin münasibətlərində əsas iqtisadi rıçaqlardan biri sayılan nadir torpaq elementlərinin ixracı məsələsində ciddi kompromisə meylli görünmür.

Qiymət Mahir

tag: Çin,Donald Tramp,ABŞ,Si Cinpin,todaypress.tv,