Kanada ABŞ-nin Ukrayna ilə bağlı qərarlarını dəstəklədi
Dünya
04.09.2025 22:00
"ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi istiqamətində səyləri dəstəkləməyə hazırdır".
TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karninin ofisi “istəklilər koalisiyası”nın iclasının yekunlarına dair məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, koalisiya Ukraynaya təhlükəsizlik təminatlarının müxtəlif variantlarını müzakirə edib və Karni ABŞ-nin bu təşəbbüslərə dəstəyini alqışlayıb. Baş nazir həmçinin Kanadanın münaqişənin həllinə töhfə vermək məqsədilə birbaşa və genişmiqyaslı hərbi yardım yerləşdirmək planlarını təsdiqləyib.
Xatırladaq ki, sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və “istəklilər koalisiyası”nın liderləri ilə videokonfrans keçirib. Görüş Parisdə, Yelisey sarayında baş tutub. İclasda Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və digər Aİ liderləri də iştirak edib. Ümumilikdə 39 ölkənin nümayəndəsi görüşə şəxsən və ya onlayn qatılıb.
Türkan İsgəndərli
tag: Kanada,ABŞ,Ukrayna,Dəstək,Todaypress.tv,