Kallas “Şimal axını”nın qarşısını almağa çağırır

Dünya

19.05.2025 09:31

5

“Gələcəkdə “Şimal axını” və “Şimal axını–2” qaz kəmərləri vasitəsilə Avropaya enerji resurslarının tədarükünün bərpasına yol verilməməlidir”. 

TodayPress TV xəbər verir ki, bu barədə “Tagesspiegel” nəşrinə müsahibəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

O xatırladıb ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen yeni sanksiyalar paketində qaz kəmərlərinə, eləcə də Rusiyanın maliyyə və enerji sektorlarına qarşı məhdudiyyətlərin yer alacağını bəyan edib.

“Kəmər hələ istifadəyə verilməyib. Buna görə də onun gələcəkdə Avropaya enerji tədarükü üçün istifadəsinə imkan verilməməsi ehtiyat tədbiri kimi qiymətləndirilə bilər” deyə Kallas vurğulayıb.

Qiymət Mahir

tag: Kaya Kallas, Avropa Komissiyası,Ursula Fon der Lyayen,Şimal axını,todaypress.tv,