Estoniya Rus Mədəniyyət Mərkəzinin adını dəyişdi

Dünya

03.06.2025 17:19

Estoniyanın Tallin Şəhər Şurası Rus Mədəniyyət Mərkəzinin adının dəyişdirilərək “Mere Mədəniyyət Mərkəzi” adlandırılması və müəssisənin idarəçiliyinin “Kultury Cauldron" təşkilatına verilməsi ilə bağlı qərarı təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın "ERR" portalı məlumat yayıb.

Tallin meri Yevgeni Osinovski bildirib ki, yeni ad mərkəzin Mere bulvarında yerləşməsi ilə əlaqədardır. O, əlavə edib ki, müəssisə milli azlıqlar üçün mədəniyyət mərkəzinə çevriləcək.

Jurnalistlər bildirib ki, bu qərarla Rus Mədəniyyət Mərkəzi ayrıca bir qurum kimi fəaliyyətini dayandıracaq. Onlar əlavə ediblər ki, təşəbbüsə şəhərdə hakim olan Sosial Demokrat Partiyasının rəhbərlik etdiyi koalisiya liderlik edir.

Qeyd edək ki, bu qərar Estoniya ilə Rusiya arasında Narva çayı boyunca naviqasiya bələdçilərinin quraşdırılması ilə bağlı danışıqların dayandırılmasından sonra açıqlanıb. Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın çay yatağının dəqiqləşdirilməsi üzrə birgə işlərə qatılmaqdan imtina etməsi danışıqların pozulmasına səbəb olub.

Töhfə Səməd

tag: Estoniya,Rus Mədəniyyət Mərkəzi,Mere ,Kultury Cauldron,todaypress.tv,