Ərdoğan: "Qəzza zolağına türk qoşunları göndərilə bilər"

Dünya

16.10.2025 11:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makrona Qəzza zolağına türk hərbçilərinin göndərilə biləcəyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Qəzzada hərbi mexanizmin yaradılmasında iştirak edə bilər və bu, hansı şərtlərlə olacağına bağlıdır.

Ədalət və İnkişaf Partiyasının nümayəndələri Türkiyə Xarici İşlər, Müdafiə və kəşfiyyat qurumları ilə Qəzzaya qoşun yerləşdirilməsi barədə danışıqları davam etdirir. Türkiyə Müdafiə Nazirliyi istənilən missiyaya hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, ABŞ, Misir, Türkiyə və Qətər liderləri Şarm əl-Şeyx sammitində Qəzza zolağı üçün hərtərəfli sülh sazişi imzalayıblar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,Fransa,Qəzza,Ordu,Todaypress.tv,