Ekspert: “Trampın Ukrayna üzrə yalnız iki seçimi var”

Dünya

23.05.2025 09:20

“ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda yalnız iki seçim qarşısındadır”.

TodayPress TV xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru Con Mirşaymer “Judging Freedom” “YouTube” kanalına müsahibəsində bildirib.

“ABŞ lideri ya Rusiyanın tələblərini qəbul etməlidir, ya da Rusiya tərəfi ilə danışıqlardan çəkilməlidir” deyə politoloq vurğulayıb.

Mirşaymerin fikrincə, Tramp böyük ehtimalla Kiyevə dəstəyi dayandıracaq və sülh danışıqlarından çəkilərək məsuliyyəti Avropa ölkələrinin üzərinə qoyacaq. Bu, onun “ikinci Cozef Bayden” kimi görünməkdən yayınmaq üçün atacağı addım ola bilər.

Eyni zamanda professor Avropa ölkələrinin Rusiya ilə təkbaşına qarşı-qarşıya qalaraq onu sıxışdırmaq imkanlarını “gülünc” adlandırıb.

Qeyd edək ki, Putin və Tramp arasında telefon danışığı mayın 19-da baş tutub.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Rusiya, Vladimir Putin,todaypress.tv,