Ekspert: "İranın nüvə silahı əldə etmə riski artıb"

Dünya

25.06.2025 10:15

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın dövründə İranla nüvə danışıqlarında iştirak etmiş silahlara nəzarət üzrə ekspert Robert C. Einhorn bildirib ki, ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələr bu ölkənin nüvə silahı əldə etmə riskini artırıb.

TodayPress TV xəbər verir ki, “The New York Times”a danışan ekspertin sözlərinə görə, son hücumlar İranda sərt xətt tərəfdarlarının mövqeyini gücləndirib:

“İranın kiçik nüvə arsenalı əldə etmə riski ötən həftə baş verənlərdən əvvəlkindən daha yüksəkdir. Böyük ehtimalla, İranda bu nüvə həddini keçməyin vaxtı çatdığını düşünən güclü siyasi qruplar var”, – deyə Einhorn qeyd edib.

O vurğulayıb ki, İran koordinasiyalı şəkildə bomba hazırlamaq qərarına gəlsə belə, bu prosesin qarşısında ciddi maneələr var. Onun fikrincə, Vaşinqton və Təl-Əviv bu cəhdləri vaxtında aşkar etsə, yenidən hərbi zərbə endirə bilər. Eyni zamanda, ekspert hesab edir ki, təcrid olunmuş və zəifləmiş vəziyyətdə olan İran rəhbərliyi ABŞ və İsraili birbaşa təxribata çəkmək niyyətində deyil.

Qiymət Mahir

tag: Təl-Əviv ,İran,ABŞ,Ekspert,Todaypress.tv,