Cənubi Koreyanın keçmiş prezidentinin həbsi yenidən gündəmdə

Dünya

06.07.2025 19:47

Xüsusi prokuror Ço Eun Sok Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həbsinə order verib.

TodayPress TV xəbər verir, bu barədə"Yonhap" yazıb.

Nəşr qeyd edib ki, xüsusi prokuror Yun Sok Yolun vəzifə səlahiyyətlərindən sui-istifadə və sənəd saxtakarlığına görə həbs olunmasını xahiş edir.

Xatırladaq ki, may ayında Yun Sok Yol vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

2024-cü il dekabrın 3-də Yun ölkədə hərbi vəziyyət elan edərək, qərarını “Şimali Koreyaya meylli qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.

Daha sonra Seulda kütləvi etirazlar başlayıb. Vətəndaş fəalları paytaxta gətirilən əsgərlərlə üz-üzə gəlib və bir neçə saat ərzində hərbi vəziyyət ləğv edilib.

Yun Sok Yol fövqəladə vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra impiçment elan edilib. O, vəzifəsindən kənarlaşdırılıb, Konstitusiya Məhkəməsi ərizəyə baxarkən baş nazir Han Dok Su və baş nazir müavini Çoi Sanq-mok onun yerinə keçib. Konstitusiya Məhkəməsi aprelin 4-də Yun Sok Yolun impiçmentini təsdiqləyib.

Cənubi Koreyada növbədənkənar seçkilər iyunun 3-nə təyin edilib.

Nicat Osman

tag: Cənubi Korea,Ço Eun Sok,Dünya xəbərləri,TodayPress TV,