Britaniyada qasırğa nəqliyyatın hərəkətini iflic etdi
Dünya
05.08.2025 08:45
Böyük Britaniyanın şimal bölgələrində müşahidə olunan “Floris” qasırğası nəqliyyatın hərəkətini çətinləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Böyük Britaniyanın Meteoroloji xidməti Şotlandiyanın böyük bir hissəsi üçün narıncı, İngiltərənin şimalı, Uels, Şimali İrlandiya və Şotlandiyanın digər bölgələri üçün isə sarı xəbərdarlıq elan edib.
Ölkənin şimalında dəmir yolu və hava nəqliyyatı ilə hərəkət ciddi şəkildə pozulub. Şərq sahil magistral xətti üzrə Nyukasldan şimala olan bütün qatar reysləri ləğv edilib. “Avanti Vest Kost” şirkəti tərəfindən vətəndaşlara Preston şəhərindən şimala səyahət etməmək tövsiyə olunub. Qlasqodan Şotlandiyanın adalarına planlaşdırılan bəzi aviareyslər də hava şəraiti səbəbindən ləğv olunub. Avtomobil yollarında da ciddi məhdudiyyətlər tətbiq edilib. Şotlandiyanın əsas körpülərinin əksəriyyəti bəzi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
tag: Böyük Britaniya, Floris, Qasırğa, Uels, Şotlandiya,Todaypress.tv,