BMT Yəməndə limanlara hücumlara görə narahatdır

Dünya

30.05.2025 11:29

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA), Yəmənin Hudeydə əyalətindəki limanlara edilən hücumlardan sonra bu limanların imkanlarının azalmasına görə ciddi narahatlıq ifadə edib. 

TodayPress TV xəbər verir ki, Əl-Hodeydə limanları Yəmən əhalisinin ərzaq, dərman və humanitar yardımla təmin olunmasında həyati əhəmiyyət daşıyır.

“Liman tutumunun azalması və tədarükə məhdudiyyətlər ərzaq, yanacaq və dərman təminatına mənfi təsir göstərir. Bu vəziyyət, humanitar yardıma ehtiyacı olan 19,5 milyon insan üçün son dərəcə təhlükəlidir".

Qurum, BMT Baş katibi Antonio Quterreşin dəfələrlə gərginliyin azaldılması və mülki infrastrukturun qorunması üçün beynəlxalq humanitar hüquqa hörmət olunması çağırışlarını xatırladıb.

Türkan İsgəndərli

tag: BMT,İsrail,Yəmən,Husi,todaypress.tv,