Aşağı kalorili pəhriz depressiv simptomları artıra bilər

Dünya

04.06.2025 19:15

Aşağı kalorili pəhrizlərə riayət edən insanların, xüsusilə kişilərin və artıq çəkidən əziyyət çəkənlərin depressiv simptomlarla daha çox qarşılaşdığı müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu nəticəyə “BMJ Nutrition”, “Prevention & Health” jurnalında dərc olunmuş 28 mindən çox amerikalı iştirakçının məlumatlarının təhlili əsasında aparılan araşdırmada gəlinib.

Tədqiqatda iştirakçılar PHQ-9 miqyası üzrə – yəni depressiya əlamətlərinin intensivliyini ölçən standart test üzrə cavablar veriblər. Məlum olub ki, kalorisi məhdudlaşdırılmış pəhrizə riayət edən şəxslərdə depressiv simptomların orta göstəricisi daha yüksəkdir, nəinki xüsusi pəhriz saxlamayanlarda.

Xüsusilə artıq çəkili şəxslərdə bu tendensiya daha güclü müşahidə olunub. Onlarda narahatlıq, ruh düşkünlüyü və bədənlə bağlı şikayətlər üzrə göstəricilər 0,4–0,6 bal arası artım göstərib.

Tədqiqatçılar bu vəziyyəti belə izah edirlər: real həyatda aşağı kalorili pəhrizlər çox vaxt qeyri-balanslı olur, yəni:

Zülal,

B qrupu vitaminləri,

Dəmir,

Omega-3 yağ turşuları

və digər əsas neyronutriyentlər baxımından kasad olur.

Bu isə sinir sisteminin normal fəaliyyəti üçün ciddi pozuntulara yol aça bilər. Bundan əlavə, qida məhdudiyyəti bədənin enerji səviyyəsini azaldır, fizioloji stress yaradır və emosional vəziyyəti pisləşdirir.

Araşdırma cinslər arasında da fərqlər müəyyən edib. Belə ki, kişilər aşağı kalorili və ya qida məhdudiyyətli pəhrizlərdə daha çox koqnitiv və emosional pozuntularla qarşılaşıblar:

Diqqət dağınıqlığı,

Düşüncə pozuntusu,

Motivasiya itkisi,

Özünəqiy­mətin aşağı düşməsi.

Bundan başqa, kişilərdə fiziki narahatlıq və yorğunluq kimi psixosomatik simptomlar daha tez-tez müşahidə olunub, bu hallar isə heç bir tibbi səbəblə izah olunmayıb.

Qiymət Mahir

tag: Kalori,Pəhriz,Psixomatik,Kişi,todaypress.tv,