Aİ Rusiya neftinin Yaponiyaya tədarük müddətini uzatdı
Dünya
20.05.2025 17:16
Avropa İttifaqı, Rusiyaya qarşı tətbiq olunan 17-ci sanksiya paketinə baxmayaraq, "Saxalin-2" layihəsi çərçivəsində Yaponiyaya neft tədarükü üçün güzəşt müddətini 2026-cı il iyunun 28-dək uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.
Güzəşt enerji təhlükəsizliyi səbəbilə tətbiq olunur. "Saxalin-2" layihəsi şelf yataqlarından həm təbii qaz, həm də az miqdarda neft hasil edir. Layihənin səhmdarları arasında Rusiya “Qazprom”u ilə yanaşı, Yaponiyanın "Mitsui" (12,5%) və "Mitsubishi" (10%) şirkətləri də yer alır.
Yaponiya, enerji balansını qorumaq və mayeləşdirilmiş təbii qaz (LNG) hasilatını davam etdirmək üçün bu güzəştin saxlanmasına çalışırdı. Ötən il ölkənin LNG idxalının təxminən 8 faizi "Saxalin-2" layihəsinin payına düşüb.
Daha əvvəl Yaponiyanın Maliyyə Nazirliyi bildirib ki, ölkə yalnız Saxalin-2-dən olan tədarüklər istisna olmaqla, digər Rusiya neftini almayıb, LNG idxalı isə 12,4%, kömür idxalı isə 45,4% azalıb.
Türkan İsgəndərli
tag: Yaponiya,ABŞ,Rusiya,Neft,todaypress.tv,