ABŞ Qəzzada 60 günlük atəşkəs planı təklif etdi
Dünya
30.05.2025 10:47
ABŞ Qəzzada 60 günlük atəşkəs planı irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Times of Israel” sənədin tam mətninə istinadən məlumat yayıb.
Bildirilir ki, plan girov və əsir mübadiləsi, İsrail qoşunlarının yenidən yerləşdirilməsi və atəşkəsə zəmanət verəcək ABŞ, Misir və Qətərin rolunu nəzərdə tutur.
Sənədə görə, vasitəçi ölkələr atəşkəsin davamlı və uzadıla bilən olmasına, eləcə də davamlı sülh üçün danışıqların aparılmasına zəmanət verəcəklər.
Plan çərçivəsində İsrailli girovların mərhələli şəkildə azad edilməsi, Fələstinli məhbusların sərbəst buraxılması, Qəzzaya humanitar yardımın çatdırılması nəzərdə tutulur.
Məqsəd tərəflər arasında etimadı bərpa etmək və daha geniş sülh razılaşmalarına şərait yaratmaqdır.
Türkan İsgəndərli
tag: ABŞ,Qəzza,İsrail,Fələstin,todaypress.tv,