ABŞ narkotik kartelinə aid sualtı qayığı məhv etdi
Dünya
22.10.2025 22:30
Amerika ordusu Sakit Okeanda ABŞ-yə narkotik qaçaqmalçılığı üçün istifadə edilən daha bir sualtı qayığa zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qayıqda iki və ya üç nəfər olub, onların öldüyü ehtimal edilir.
Bildirilir ki, bu, ABŞ Ordusunun narkotik ticarəti ilə mübarizə çərçivəsində məhv etdiyi səkkizinci qayıqdır və əvvəlki zərbələr Karib dənizinin cənubuna endirilib.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında ordusunun Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela narkotik kartelləri ilə əlaqəli olduğuna inandığı qayıqlara hücumu davam etdirəcəyini bildirib.
tag: ABŞ , Sakit Okean, Narkotik,Tramp, todaypress.tv,
