ABŞ Çikaqoya Milli Qvardiya göndərmək üçün Ali Məhkəməyə müraciət etdi

Dünya

18.10.2025 14:15

ABŞ administrasiyası Milli Qvardiya qoşunlarının İllinoys ştatına göndərilməsini Ali Məhkəməyə şikayət edib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, federal hakim oktyabrın 10-da Tramp administrasiyasının qoşunları yerləşdirmə qərarını iki həftəlik bloklayıb.

Administrasiya aşağı instansiya məhkəməsinin qərarını prezidentin səlahiyyətinə müdaxilə və federal personalın təhlükəyə atılması kimi qiymətləndirir.

Tramp hökuməti əvvəl də immiqrasiya etirazları və cinayətlə mübarizə üçün Milli Qvardiyanı müxtəlif ştatlarda yerləşdirmişdi.

Xatırladaq ki, oktyabrın əvvəlində Oreqon və Texasdan Milli Qvardiya qoşunları Portlend, İllinoys və digər ştatlara göndərilib. Əyalət hökumətləri bu qərarlara qarşı hüquqi iddialar qaldırıb və proses davam edir.

Jalə Rövşən

TodayPress TV


tag: ABŞ administrasiyas,Milli Qvardiya,Donald Tramp,ABŞ,Todaypress.tv,