Sədr: "3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb"
Daxili siyasət
09.10.2025 11:57
Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, onlardan 3 min 984 nəfəri XX əsrin 90-cı illərində yəni, I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər.
3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır.
tag: Əli Nağıyev,Konfrans,Çıxış,Əsir,İtkin,Komissiya,Todaypress.tv,
