Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibini qəbul etdi

Daxili siyasət

15.10.2025 17:59

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə TodayPress TV-yə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanıb.

Diqqətə çatdırılıb ki, Milli Məclis bu təşkilat çərçivəsində fəaliyyətə böyük önəm verir.

Görüşdə bu təşkilatın qarşıdakı dövrdə də fəaliyyətinin səmərəli və məqsədyönlü həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

TÜRKPA-nın Baş katibi Ramil Həsən rəhbərlik etdiyi təşkilatın bundan sonra da fəaliyyətinin genişləndirilməsi, təşkilata üzv olan qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.

TodayPress TV

tag: Sahibə Qafarova,Milli Məclis,TÜRK PA,Baş Katib,Ramil Həsən,Qəbul,Todaypress.tv,

photo
photo
photo
photo
photo