Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqləndi
Daxili siyasət
09.10.2025 12:51
Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib.
TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin fəaliyyətinin bu Qərarla təsdiq edilən meyarlar əsasında illik qiymətləndirməsinin nəticələrini təsdiqedici sənədlərlə birlikdə hər növbəti təqvim ilinin yanvarın 30-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.
Nazirlər Kabineti bəyan edib ki, qərar rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin dairəsini, həmçinin onların fəaliyyətinin qiymətləndirilməsi meyarlarını müəyyən edir. Qərarın qəbulu müvafiq dövlət orqanlarında (qurumlarında) rəqəmsal inkişaf və elektron hökumətlə bağlı fəaliyyətə cavabdeh olan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimlənmənin bərqərar olmasına, bununla da həmin sahədə məsuliyyətli idarəetmənin təşviqinə xidmət edəcək.
tag: Azərbaycan,Baş Nazir,Əli Əsədov,Qərar,TodayPress.tv,
 
        
 
                                ![Dövlət İnvestisiyalarının [[İdarəedilməsi İnformasiya Sistemi]] yaradılacaq](/uploads/news/687a485c9c682.webp) 
                                            ![İnformasiya agentliklərinə dair [[yeni tələblər]] qəbul edildi](/uploads/news/6867aa3358956.webp) 
                                            ![Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edildi [[- SƏRƏNCAM]]](/uploads/news/68fb7d0b09f76.webp) 
                                            ![Ötən ay [[45 mindən çox əcnəbi]] qeydiyyata alınmaq üçün müraciət edib](/uploads/news/68caa8b504668.webp) 
                                            ![Mirasdan imtina etməmək [[mirasın qəbulu şərti kimi]] müəyyən edilir](/uploads/news/686ba4dd891d4.webp) 
                                            ![Prezident Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanladı [[- YENİLƏNDİ]]](/uploads/news/687fa97243133.webp) 
                                            ![Dövlət Mühafizə Xidmətinin [[işçilərinin maaşlarının məbləği]] təsdiqləndi](/uploads/news/68fb3928e9107.webp) 
                                            ![[[Prezident ]] Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi](/uploads/news/68f8b61d05d01.webp) 
                                            ![Cinayət Məcəlləsindəki [[xeyli, külli miqdar anlayışlarının həcmi]] artırılır](/uploads/news/68c8fff6c4403.webp) 
                                            ![[[Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili]] müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlər artırıldı](/uploads/news/68820656c9f1a.webp) 
                                            