Masallıda avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Daxili siyasət

11.09.2025 12:58

Prezident İlham Əliyev Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Sərəncam,İmza,Todaypress.tv,